“PAŞA Bank”ın aktivləri artıb

“PAŞA Bank”ın aktivləri artıb
# 30 iyul 2015 13:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 1 644,469 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 66,7% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 66,03% artaraq 606,321 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,13 dəfə artaraq 952,040 mln. manata, çatıb. Əhalinin əmanətləri 239,238 mln. manat olub ki, bu da illik müqayisədə 32,89% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 4,59% artaraq 351,587 mln. manata çatdığı halda, nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 25,92% artaraq 44,652 mln. manata, xərcləri isə 33,7% artaraq 24,893 mln. manata çatıb.

Cari ilin ikinci rübünü bank 873 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR