Filipp Lefort: “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə kömək etməyə hazırıq, lakin möcüzə göstərə bilmərik”

Filipp Lefort: “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə kömək etməyə hazırıq, lakin möcüzə göstərə bilmərik”
# 01 iyun 2012 15:30 (UTC +04:00)
Bakı – APA. “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefort deyib.

Ermənistanda İrəvan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzinin tələbə və professor-müəllim heyəti ilə görüşən F. Lefort bildirib ki, Minsk Qrupu ATƏT-dən mandat alıb və Avropa Birliyi bu təşkilatın yerinə qərar qəbul edə bilməz: “Formatın dəyişməsi sıfır mövqeyinə qayıdış təhlükəsi doğura bilər”. O qeyd edib ki, Minsk Qrupu Madrid prinsiplərinin timsalında artıq münaqişənin müəyyən həll ssenarisini hazırlayıb: “Bu prinsiplər çox önəmlidir və hər iki tərəf onu qəbul edib”.

F. Lefort AB-nin problemin həllində tərəflərə yardım etməyə hazır olduğunu, lakin əsas məsuliyyətin tərəflərin üzərinə düşdüyünü vurğulayıb: “Biz kömək etməyə hazırıq, lakin möcüzə göstərə bilmərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR