Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bütün cəbhə boyu atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bütün cəbhə boyu atəşə tutub
# 20 oktyabr 2008 06:55 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 19-da saat 23.15-dən 23.25-dək Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 14.00-dan 14.30-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.45-dək və oktyabrın 20-də saat 00.10-dan 00.21-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.20-dək, 00.35-dən 00.55-dək və 03.05-dən 03.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.38-dək isə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR