Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək

Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək
# 20 oktyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək. Bu barədə APA-ya parlamentin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iclasda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihələri müzakirə olunacaq.

Bundan başqa, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əlavə və dəyişikliklər, o cümlədən “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR