Bank Of Baku

ADP Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsinin qəti əleyhinədir

ADP Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsinin qəti əleyhinədir
# 20 oktyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdiriləcəyi halda bunun Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı kimi qiymətləndiriləcəyini bəyan edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyətinin bu gün keçirilən iclasında son vaxtlar Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yeridiləcəyi ilə bağlı yayılan məlumatlardan narahatlıq bildirilib. ADP Azərbaycan hakimiyyətini və beynəlxalq təşkilatları Rusiya sülhməramlı qüvvələrinin Gürcüstanın separatçı bölgələrində apardığı işin son nəticədə həmin ərazilərin faktiki olaraq Gürcüstandan ayrılması ilə nəticələndiyini unutmamağa və Qarabağa hər hansı ad altında bu qüvvələrin yeridilməsinə yol verməməyə çağırıb.

İclasda oktyabrın 15-də keçirilən prezident seçkilərinin nəticələri də müzakirə edilib və müzakirələrin partiyanın Bakı rayon təşkilatlarının sədrlərinin iştirakı ilə daha geniş formatda davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR