Bank Of Baku

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İsveç nümayəndə heyətini qəbul edib

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İsveç nümayəndə heyətini qəbul edib
# 20 oktyabr 2008 16:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İsveç nümayəndə heyətinin üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Əsgərov parlamentlərarası əlaqələr üzrə Azərbaycan-İsveç işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından danışıb: “Ermənistan nə BMT-nin, nə də Avropa Şurasının qətnamələrinə məhəl qoymasa da, biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdarıq”.
İsveç nümayəndə heyətinin rəhbəri, “Cəmiyyət və müdafiə” adlı qeyri-hökumət təşkilatının baş katibi Lars Ekeman isə ölkəsində çox əlverişli coğrafi məkanda yerləşən Azərbaycana böyük maraq olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR