Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
# 21 oktyabr 2008 06:58 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 20-də saat 14.10-dan 14.15-dək, 17.50-dən 18.15-dək, 19.15-dən 19.55-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Şavarşavan və Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, oktyabrın 21-də saat 01.00-dan 01.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.45-dən 02.00-dək və 05.50-dən 06.00-dək fasilələrlə Ağdam rayonunun Şurabad, Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.45-dən 03.05-dək və 05.30-dan 05.45-dək isə Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR