Bank Of Baku

Aydın Quliyev bu ilin sonuna kimi yeni partiyasının təsis qurultayını keçirəcək

Aydın Quliyev bu ilin sonuna kimi yeni partiyasının təsis qurultayını keçirəcək
# 21 oktyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin keçmiş müşaviri, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu ilin sonuna kimi yaradacağı yeni siyasi partiyanın təsis qurultayını keçirəcək. A. Quliyevin APA-ya verdiyi məlumata görə, partiyanın yaradılması üçün bütün müzakirələr yekunlaşıb, qurumun adı müəyyənləşib: “Hələlik gündəmin əsas mövzusu seçkidir. Biz partiyanı elə vaxtda təsis edəcəyik ki, yeni partiyanın yaranması gündəmin əsas mövzusu olsun”. A. Quliyev yaradacağı partiyanın ölkədəki yeni siyasi situasiyaya və reallığa uyğun olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR