Bank Of Baku

İsveç səfiri AMİP-in baş katibi ilə görüşüb

İsveç səfiri AMİP-in baş katibi ilə görüşüb
# 21 oktyabr 2008 11:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. İsveçin Azərbaycan, Ermənistan və Gürcüstandakı səfiri Hans Gunnar Aden Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarovla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda 25 nəfərik nümayəndə heyəti ilə səfərdə olan səfirlə görüşdə ölkədə keçirilən prezident seçkiləri, Azərbaycan-Rusiya münasibətləri, Dağlıq Qarabağ problemi, Azərbaycan Ermənistan arasında gedən danışıqlarla bağlı fikir mübadiləsi aparılıb. AMİP-in baş katibi ölkənin strateji seçim anının çoxdan çatdığını bildirib və Avropa dəyərlərinin həyata keçirilməsi üçün əməli fəaliyyəti vacib hesab edib.

Görüşdə AMİP-in bələdiyyələr üzrə katibi Elşən Mustafayev, mətbuat və təbliğat katibi Əli Orucov da iştirak edib. Qeyd edək ki, İsveç səfirinin rəhbərlik etdiyi nümayəndə heyətinə bu ölkənin parlamentinin iki üzvü, Müdafiə Nazirliyinin təmsilçiləri, həmkarlar ittifaqı, mətbuat orqanları, akademik dairələrdən nümayəndələr daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR