Bank Of Baku

“Qarabağ dünən, bu gün və sabah” kitabının təqdimat mərasimi keçirilib

“Qarabağ dünən, bu gün və sabah” kitabının təqdimat mərasimi keçirilib
# 21 oktyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə nəşr edilən “Qarabağ dünən, bu gün və sabah” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın redaksiya heyətinin üzvü, tarix elmləri namizədi Firdovsiyyə Əhmədova deyib ki, nəşrin elmi əhəmiyyəti böyükdür və Azərbaycanda regionşünaslıq elmində bu kitab akademik nəşr kimi dəyərləndirilməlidir: “Kitaba elmi nəşr kimi Ali Attestasiya Komissiyası tərəfindən lisenziya verilməsi daha yaxşı olardı”. QAT sədri Akif Nağı deyib ki, kitab həmin adda təşkil edilən 7-ci elmi-praktiki konfransın materiallarını əhatə edib. A. Nağının sözlərinə görə, Azərbaycanda Qarabağ problemi ilə bağlı elmi araşdırmalara ehtiyac var: “Bu kimi nəşrlərin əhatə dairəsi azdır. İstəyirik ki, 1988-ci ildən indiyə kimi Qarabağ münaqişəsi elmi baxımdan tədqiq olunsun və burada xronoloji ardıcıllıq öz əksini tapsın”. A. Nağı bildirib ki, “Qarabağ dünən, bu gün və sabah” mövzusunda indiyə kimi keçirilən elmi-praktik konfransların materialları seçmə halında ingilis və rus dillərinə tərcümə olunacaq və toplu halında nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR