Bank Of Baku

ASDP Ayaz Mütəllibovun Azərbaycana qayıtmasına şərait yaradılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib

ASDP Ayaz Mütəllibovun Azərbaycana qayıtmasına şərait yaradılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib
# 21 oktyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin Plenumu partiyanın həmsədri Ayaz Mütəllibovun Azərbaycana dönməsinə şərait yaradılması ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. ASDP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə A. Mütəllibovun 1992-ci ildə hakimiyyətə gələn AXC-nin təzyiqi ilə mühacirətə getməsinə diqqət yönəldilib: “Həmin il AXC iqtidarının göstərişi ilə Ayaz Mütəllibova qarşı qondarma cinayət işi açılıb. O zamandan artıq 16 il ötüb. Lakin Azərbaycanın ilk prezidenti və 2003-cü ildən Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olan Ayaz Mütəllibov hələ də vətənə dönüb yaşamaq və fəaliyyət göstərmək imkanından məhrumdur”. Müraciətdə İ. Əliyevin cəmiyyətin təmərküzləşməsi istiqamətində atdığı addımlar da təqdir edilib: “Ümid edirik ki, tez bir zamanda Azərbaycan prezidenti ölkə Konstitusiyasının qarantı olaraq, Ayaz Mütəllibovun da hüquqlarını müdafiə edərək, onun Azərbaycana qayıdışının və toxunulmazlığının təminatçısı olacaqsınız”. Partiyanın mətbuat xidmətindən APA-ya göndərilən məktubda isə İ. Əliyev prezident seçilməsi münasibətilə təbrik edilib: “Azərbaycanın ilk siyasi partiyasında birləşən sosial-demokratlar sizin prezidentliyiniz dövründə Azərbaycan xalqının rifahı, dövlətimizin möhkəmlənməsi yolunda real fəaliyyətinizi həmişə müdafiə etməyə hazırdır. ASDP sizin yürütdüyünüz xarici siyasəti də tam bəyənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR