Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 22 oktyabr 2008 07:12 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 21-də saat 17.05-dən 17.55-dək və 21.35-dən 21.45-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 18.40-dan 18.45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.10-dan 21.40-dək və oktyabrın 22-də saat 01.00-dan 01.30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Qızıl Oba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.15-dək və 01.10-dan 01.20-dək fasilələrlə Ağdam rayonunun Nəmirli, Cəvahirli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR