Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Bəzi şəxslər Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı danışıqları mətbuata çıxarmaqla bu prosesə mane olurlar”

Mirmahmud Mirəlioğlu: “Bəzi şəxslər Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı danışıqları mətbuata çıxarmaqla bu prosesə mane olurlar”
# 22 oktyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müxalifətin yaxınlaşması və Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı aparılan danışıqlar haqda mətbuata məlumat verməmək barədə razılaşma əldə edilmişdi. Amma həmişəki kimi həmin şəxslər proses barədə mətbuata açıqlama verməklə bu yaxınlaşmaya mane olurlar”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində aparılan danışıqlar haqda məlumat verməmək barədə partiyalar arasında razılaşma olub: “Biz bu məsələnin içərisindəyik. Təəssüf ki, vaxtı çatmamış bəziləri danışıqlar barədə açıqlamalar verirlər və ümumi işə ziyanına vururlar”. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə müxalifət düşərgəsində yaranacaq birliklərin sonda parçalanacağı qənaətində olduğunu açıqlayıb: “Mənim müxalifət düşərgəsinin birləşməsi ilə bağlı başqa ideyam var. Ölkədə 100-ə yaxın partiya var. Yaxşı olardı ki, müxalifət vahid partiyaya çevrilsin və ölkədə bir-iki siyasi partiya mövcud olsun. Çünki Vahid Əməkdaşlıq Mərkəzi və ya başqa qurumlarda toplaşsaq da, müxtəlif maraqlar üzündən parçalanmalar olacaq. Azərbaycanın gələcəyi üçün müxalifətin partiya çərçivəsində birləşməsinə ehtiyac var”. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu də Vahid Əməkdaşlıq Mərkəzi və Vahid Seçki Bloku adlı qurumlarda bir araya gəlməyi müsbət hesab etdiyini deyib. Onun sözlərinə görə, bu qurumların məqsəd, forma və tələbləri ümumi razılıqla müəyyənləşməlidir: “ Hesab edirəm ki, özünü seçkidən kənarda qoyan müxalifət daha real hərəkət etməli və uzlaşma yolu tapılmalıdır. Onlar özlərini “dağın başına” qoymaqla hakimiyyətin maraqlarına daha çox xidmət edirlər. Əgər normal maraqlar qurmaq istəyində olsalar, bu qurumda təmsil olunmağa hazırıq”. F. Qəzənfəroğlu müxalifət düşərgəsində təmsil olunan qurumların bir partiyada birləşməsi ideyasına müsbət yanaşdığını da söyləyib: “Seçki prosesi də göstərdi ki, partiyaların bu qədər çox olması seçki zamanı da böyük imkanlar yaratmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR