Bank Of Baku

DAK həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək

DAK həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək
# 22 oktyabr 2008 13:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək. S. Rüstəmxanlı APA-ya deyib ki, dekabrın 3-də DAK nümayəndə heyəti İsveç parlamentinin iclasına qatılacaq. S. Rüstəmxanlı bildirib ki, çıxışı zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyətə, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, DAK-ın fəaliyyət istiqamətlərinə və digər məsələlərə toxunacaq. S. Rüstəmxanlının sözlərinə görə, noyabrın 29-da isə DAK-ın təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında “Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin 180 illiyi və Cənubi Qafqazda münaqişələr” mövzusunda konfrans keçiriləcək. Dekabrın 4-də isə DAK nümayəndə heyəti İsveç azərbaycanlılarının qurultayında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR