Bank Of Baku

Əli Orucov: ““Dördlər” formatı fəaliyyətini faktiki olaraq dayandırıb”

Əli Orucov: ““Dördlər” formatı fəaliyyətini faktiki olaraq dayandırıb”
# 23 oktyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bir neçə müxalifət təşkilatının yaratdığı “dördlər” formatı faktiki olaraq öz fəaliyyətini dayandırıb”. Bu fikirləri APA-ya açıqlamasında “dördlər” formatında təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, prezident seçkiləri ərəfəsində bu formatda təmsil olunan 4 müxalifət təşkilatı fərqli mövqedən çıxış etdilər. Buna görə də o, bu formatın fəaliyyətini davam etdirməyə ehtiyac qalmadığını vurğulayıb: “Bu format qeyri-rəsmi bir format idi və buna görə də rəsmi olaraq formatın öz fəaliyyətini dayandırması barədə bir söz demək olmaz. Bu, yalnız məşvərət xarakterli bir format idi”.

Qeyd edək ki, sözügedən format 2007-ci ilin ortalarında 7 partiyanın iştirakı ilə qeyri-rəsmi olaraq müxalifətin əməkdaşlıq mərkəzi kimi ortaya çıxmışdı. Sonradan Açıq Cəmiyyət Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası və Tərəqqi Partiyası bu mərkəzi tərk edib. Prezident seçkiləri ərəfəsinə kimi isə burada AMİP, Müsavat, ADP və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR