Bank Of Baku

İqbal Ağazadə: “Ümid Partiyasının hər hansı blokda və ya məşvərət xarakterli qurumda təmsil olunmaq istəyi yoxdur”

İqbal Ağazadə: “Ümid Partiyasının hər hansı blokda və ya məşvərət xarakterli qurumda təmsil olunmaq istəyi yoxdur”
# 23 oktyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ümid Partiyasının hər hansı blokda və ya məşvərət xarakterli qurumda təmsil olunmaq istəyi yoxdur. Müttəfiqlərin iştirakı ilə hər hansı birlik təsis etmək niyyətində də deyilik”. Bu sözləri APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, Vahid Əməkdaşlıq Mərkəzinin (VƏM) yaradılması təşəbbüsü ilə çıxış edən Müxalifətin Əməkdaşlıq Mərkəzindən Ümid Partiyasına hansısa təklifin gəlmədiyini söyləyib: “Belə təklif olarsa, dəyərləndirə bilərik. Azərbaycanda demokratiyanın bərqərar olması məqsədilə addımlar atmağa hazırıq. Amma bunu reallaşdırmaq lazımdır”. VƏM-in perspektivinə qiymət vermək niyyətində olmadığını bildirən İ. Ağazadənin sözlərinə görə, Ümid Partiyası 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa start verib: “Partiyanın bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət planı təsdiq olunub. Artıq noyabrın 1-dən xüsusi fəaliyyət proqramı ilə işləyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR