Bank Of Baku

Abbas Lisaninin cəza müddəti başa çatır

Abbas Lisaninin cəza müddəti başa çatır
# 23 oktyabr 2008 12:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran azərbaycanlılarının hüquqlarının müdafiəsi uğrunda hərəkatın fəallarından olan Abbas Lisaninin cəza müddəti noyabrda başa çatır. Vəkil Məhəmmədrza Fəqihinin APA-ya verdiyi məlumata görə, artıq A. Lisaninin həbsdə saxlanılması üçün heç bir əsas qalmayıb.

Xatırladaq ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub və 18 ay müddətinə həbs cəzasına məhkum edilib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində onun cəza müddəti daha 1 il artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR