Bank Of Baku

Sülhəddin Əkbər: “Hələlik hansısa koalisiyanın, seçki blokunun yaradılmasının tərəfdarı deyilik”

Sülhəddin Əkbər: “Hələlik hansısa koalisiyanın, seçki blokunun yaradılmasının tərəfdarı deyilik”
# 23 oktyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İndiki mərhələdə müxalifət təşkilatlarının funksional birliyinə daha çox üstünlük verilməlidir. Hələlik hər hansı koalisiyanın, seçki blokunun yaradılmasının tərəfdarı deyilik”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. AXCP sədri Əli Kərimlinin Müxalifətin Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması barədə təklifinə münasibət bildirən S. Əkbərin fikrincə, indiki mərhələdə Azərbaycanda başlıca məsələ demokratik şəraitin yaradılmasıdır və müxalifətin strateji məqsədi bu olmalıdır: “Prezident seçkilərindən sonra müxalifətin fəaliyyəti ilə bağlı müxtəlif təkliflər səslənir. Əli Kərimli təklif edir ki, Müxalifətin Əməkdaşlıq Mərkəzinin bazasında yeni koalisiya yaransın və gələcəkdə bunun genişləndirilməsi nəzərdə tutulsun. Ancaq Müsavat indiki halda digər partiyalarla funksional əməkdaşlığa üstünlük verir. Bu mərhələdə Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində əməkdaşlığı yetərli hesab edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR