Bank Of Baku

ADP müxalifəti konstruktiv mövqe tutmağa çağırır

ADP müxalifəti konstruktiv mövqe tutmağa çağırır
# 23 oktyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) müxalifət partiyalarını konstruktiv mövqe tutmağa və yaranmış yeni situasiyaya uyğun addımlar atmağa çağırıb. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov APA-ya açıqlamasında bildirib ki, hazırda müxalifət partiyaları prezident seçkilərinin nəticələrinə münasibət məsələsində cəbhələşib. Bunu səhv hesab edən H. Rüstəmov seçkilərin arxada qaldığını və müxalifətin atacağı hər hansı addımın seçkinin nəticələrini dəyişməyəcəyini vurğulayıb: “Siyasi reallıq tələb edir ki, Azərbaycan müxalifətinin növbəti hədəfi yenidən təşkilatlanma olmalıdır. Hazırda müxalifətin ümumi formatı yoxdur. Müxalifətin Əməkdaşlıq Mərkəzində isə inkarçı qruplar toplaşıblar. Ona görə də müxalifətin daha geniş koalisiyasına, yeni bir formata ehtiyac var”. H. Rüstəmov deyib ki, bələdiyyə və parlament seçkiləri qarşıya əsas məqsəd kimi qoyulmalıdır: “Müxalifət beynəlxalq və yerli şəraiti, regiondakı şəraiti təhlil edib, istəsə də istəməsə də hakimiyyətlə əməkdaşlığa meylli olmalı, konstruktiv bir platformaya tədricən yiyələnməlidir. Belə olsa, bu əməkdaşlıq müxalifətə yeni nəfəs verər və növbəti seçkilərdə böyük dəyişikliklərə ümid etmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR