Bank Of Baku

Azərbaycanda hərbi qulluqçulara yaşayış evi tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanun qəbul ediləcək

Azərbaycanda hərbi qulluqçulara yaşayış evi tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanun qəbul ediləcək
# 24 oktyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Milli Məclisin növbəti iclası oktyabrın 28-i və 31-də keçiriləcək. APA-nın məlumatına görə, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov iclaslarda Torpaq Məcəlləsi, Rəqabət Məcəlləsinin müzakirəsinin nəzərdə tutulduğunu bildirib: “Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçulara yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanunun qəbulu nəzərdə tutulur. Bu qanun layihəsi parlamentə prezident tərəfindən göndərilib. Hesab edirəm ki, bu, hərbçilərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması baxımdan önəmli addımdır. Güman edirəm ki, sessiya çərçivəsində bu qanunu qəbul edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR