Bank Of Baku

Qüdrət Həsənquliyev: “Bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq”

Qüdrət Həsənquliyev: “Bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq”
# 24 oktyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “On beş ildir bir-birini xəyanətdə günahlandıran bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. O, Müxalifətin Əməkdaşlıq Mərkəzinin və orada təmsil olunan partiyaların təşəbbüsü ilə yaradılması nəzərdə tutulan istənilən qurumun perspektivinə inanmadığını bildirib: “Çünki bu insanlar son on beş il ərzində belə birliklərdən çox yaradıblar, sonra da çox ağır qarşılıqlı ittihamlar səsləndiriblər. Hətta biri digərini xəyanətdə və ya satqınlıqda günahlandırıb”. Q. Həsənquliyevin fikrincə, həmin partiyaların rəhbərlərinin imkanları tükənib: “Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu insanlar da tükənmiş siyasətçilərdir. Onlar özlərində güc tapıb siyasətlərində və baxışlarında ciddi dəyişiklik etməlidirlər. Əks halda kənarda qalaraq ətraflarındakı 1-2 adamla gündə bir bəyanat verməyə məhkumdurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR