Bank Of Baku

AMİP ilin sonuna kimi növbəti qurultayını keçirəcək

AMİP ilin sonuna kimi növbəti qurultayını keçirəcək
# 24 oktyabr 2008 15:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu ilin sonuna kimi növbədənkənar qurultay keçirəcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, bir ilə yaxındır ki, AMİP sədrsiz fəaliyyət göstərir: “Artıq prezident seçkiləri keçirilib və ölkədə yeni siyasi situasiya yaranıb. Güman edirik ki, bu dəfə hakimiyyət qurultay keçirməyimizə heç bir problem yaratmayacaq”. Ə. Orucov yaxın vaxtlarda qurultay üçün yer ayrılması ilə bağlı dövlət strukturlarına müraciət edəcəklərini deyib. O, partiyanın qurultaya tam hazır olduğunu, qurultay nümayəndələrinin seçildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR