Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 27 oktyabr 2008 07:15 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 11.50-dən 12.00-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.10-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.50-dən 17.55-dək və 20.40-dan 20.45-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.45-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR