Bank Of Baku

Əli Kərimli: “KXCP ilə heç bir müzakirə aparmırıq”

Əli Kərimli: “KXCP ilə heç bir müzakirə aparmırıq”
# 27 oktyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Prezident seçkiləri ilə bağlı beş təşkilatın birgə bəyanatından sonra KXCP ilə bizim aramızda hər hansı müzakirə aparılmayıb. Ona görə də Mirmahmud bəylə aramızda hansısa danışıqları mətbuata çıxarıb, çıxarmamaq məsələsində razılıq olmayıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun ittihamlarına münasibət bildirərkən deyib. M. Mirəlioğlu müxalifətin yeni formatının yaradılması ilə bağlı danışıqların aparıldığını, bu danışıqlar zamanı ortada hər hansı nəticənin olmadığı halda mətbuata verməmək barədə bir sıra partiyalar arasında razılaşmanın olduğunu, lakin bunun Ə. Kərimli tərəfindən pozulduğunu iddia edib. Bunun yanlış fikir olduğunu deyən Ə. Kərimli son 2 ayda M. Mirəlioğlu ilə heç bir müzakirə aparılmadığından barəsində səslənən fikirləri qəbul etməyib: “Biz Mirmahmud bəylə birgə bəyanatla bağlı müzakirə aparmışıq və o zaman da KXCP bəyanata qoşulmaqdan imtina edib”.

Ə. Kərimli müxalifətin yeni mərkəzinin yaranması ilə bağlı müzakirələrin Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində aparıldığını bildirib: “Seçki kampaniyası dövründə bir araya gəldik və əsas işimiz 15 oktyabr seçkilərinə münasibət oldu. Bu arada biz gələcək əməkdaşlıqla bağlı da birgə müzakirələr aparmışıq. Həmin müzakirələr davam edir və biz hesab edirik ki, əməkdaşlığı genişləndirmək lazımdır. Konkret olaraq hansısa bir layihəni müzakirə etmirik. Amma fikir mübadiləsi aparılır və ümid edirəm ki, bu mübadilə müəyyən nəticələrə gəlməyə imkan verəcək. Bizim hazırda da əməkdaşlığımız var və bu funksional əməkdaşlıq mərhələsidir. Sadəcə, mənim təklifim ondan ibarətdir ki, biz daha yüksək səviyyəli əməkdaşlığa keçə bilərik və keçməliyik. MƏM-də də əksəriyyət hesab edir ki, biz yeni mərhələyə keçə bilərik. Amma bu konsensusla olmalıdır. Hamı belə bir qənaətə gələndə biz konkret addım atacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR