Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının yığıncağı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının yığıncağı keçirilib
# 27 oktyabr 2008 11:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının yığıncağı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığının intensivləşdirilməsi qərara alınıb. Yığıncaqda müxalifət düşərgəsində təmsil olunan partiyaların yaxınlaşması ilə bağlı təkliflər də müzakirə edilib, müxalifətdə olan milli-demokratik qüvvələrin bir arada olmasının vacibliyi vurğulanıb.

Toplantıda İranda yaşayan Azərbaycan türklərinin milli hüquqları ilə bağlı yaranan problemlər, prezident seçkisindən sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, DUİ-nin noyabr ayı üçün tədbirlər planı təsdiq edilib.

Qeyd edək ki, DUİ-də AMDP, KXCP, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR