Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzi hələlik hədəflərini müəyyənləşdirməyib

Müxalifətin Əməkdaşlıq Mərkəzi hələlik hədəflərini müəyyənləşdirməyib
# 27 oktyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin Əməkdaşlıq Mərkəzi hələlik hədəflərini müəyyənləşdirməyib. Hazırda mərkəz daxilində bununla bağlı danışıqlar aparılır. Ona görə də əməkdaşlıq mərkəzinin formatının genişləndirilməsi ilə bağlı ciddi müzakirələrə ehtiyac yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O, yeni siyasi şəraitə uyğun olaraq seçki sonrası hədəflərin müəyyən edilməsinin vacibliyini vurğulayıb: “Əməkdaşlıq mərkəzi yalnız prezident seçkiləri ilə bağlı yaradılmış bir format idi. Bu mərkəz yeni situasiyaya uyğunlaşmalıdır”. Növbəti bələdiyyə seçkilərinin hədəf götürülüb-götürülməyəcəyinə gəldikdə, A. Hacılı indidən bu barədə qəti fikir söyləməyin mümkün olmadığını bildirib: “Mən istər bələdiyyə, istərsə də parlament seçkilərində iştirakın tərəfdarıyam. Bu barədə qərarlar həmin seçkilər ərəfəsindəki siyasi vəziyyətə uyğun veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR