Bank Of Baku

Əli Kərimli: “AXCP-nin qurultayı bizdən asılı olmayan səbəblərdən ləngiyir”

Əli Kərimli: “AXCP-nin qurultayı bizdən asılı olmayan səbəblərdən ləngiyir”
# 27 oktyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayını keçirmək imkanı yoxdur”. Bunu APA-ya açıqlamasında AXCP sədri Əli Kərimli deyib. AXCP sədrinin sözlərinə görə, ötən ildən partiya növbəti qurultayını keçirməyə çalışsa da, yaradılan problemlər ali toplantının keçirilməsinə mane olur: “Rayonlarda konfransları keçirməyə ciddi maneələr olur. Biz yenə də bir çox hallarda maneələrə baxmayaraq konfranslar keçirmişik. Amma hələ xeyli rayonda konfrans keçirə bilməmişik. Bizdən asılı olmayan səbəblərə görə partiyanın qurultayı ləngiyir”.

Qeyd edək ki, partiya Nizamnaməsinə görə, AXCP öz qurultayını 2007-ci ildə keçirməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR