Bank Of Baku

QAT Ali Məclisinin və Ağsaqqallar Şurasının birgə iclası keçirilib

QAT Ali Məclisinin və Ağsaqqallar Şurasının birgə iclası keçirilib
# 27 oktyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb, Qarabağ münaqişəsi ilə bağlı son hadisələr, danışıqların gedişi, yeni təşəbbüslər müzakirə olunub və uyğun qərarlar qəbul edilib. Toplantıda qəbul olunan bəyanatda bildirilir ki, Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət Qarabağın taleyi üçün ciddi təhlükədir. Sənəddə Madrid prinsiplərinin Azərbaycanın maraqlarına zidd olduğu qeyd edilir: “Azərbaycan hakimiyyəti danışıqların gedişi, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin verdikləri təkliflərin məzmunu ilə bağlı cəmiyyətə konkret məlumat verməli və Milli Məclisdə Qarabağ məsələsi ilə bağlı təcili müzakirələr keçirilməlidir. Rusiya danışıqlardan tamamilə kənarlaşdırılmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina edilməli, danışıqların BMT müstəvisinə keçirilməsinə nail olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxana qədər Azərbaycan təcavüzkar ölkə ilə münasibətlərin normallaşdırılmasına, onun regional layihələrə qoşulmasına razılıq verməməlidir. Azərbaycan dövləti və cəmiyyəti danışıqların heç bir nəticə verməyəcəyinə əmin olmalı və hər gün, hər saat işğalçılara qarşı azadlıq müharibəsinə hazırlaşmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR