Arif Hacılı: “2011-ci ildə aksiyaların dayandırılması yanlış idi” - MÜSAHİBƏ
- Müxalifətin mövcud vəziyyətini necə dəyərləndirirsiniz? Sizcə, bu siyasi düşərgə 2013-cü ildə keçiriləcək prezident seçkisinə hazırdırmı?
- Seçkilərə hazırlıq elə bir işdir ki, “buna tam hazırıq” fikrini söyləyə bilmərik. Çünki hazırlıq prosesi seçki gününədək davam edir. Ancaq hazırda konkret olaraq 2013-cü il prezident seçkiləri ilə bağlı seçki kampaniyasına hazırlıq hiss olunmur. Daha çox seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində düşüncələr mövcuddur və İctimai Palatanın Koordinasiya Şurası da diqqətin bu istiqamətə yönəlməsinə üstünlük verir.
- Amma seçkiqabağı demokratik mühit fikrinə müttəfiqləriniz və partiyadaşlarınız arasında fərqli yanaşma mövcuddur. Həmçinin, onlar əsas fəaliyyəti nəzəri məsələlərdə deyil, mübarizəni dayandırmamaqda görürlər...
- Seçkilərin demokratikliyi 4 amildən asılıdır. İlk növbədə seçkiqabağı demokratik şəraitin olması zəruridir. Seçki kampaniyasında bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi ən vacib amillərdən biridir. Seçki qanununun demokratikliyi seçkilərin demokratik keçirilməsi üçün zəruri şərtdir. Başqa bir şərt də seçki günü seçki saxtakarlığına yol verilməməsidir. Yəni bu baxımdan seçkiqabağı demokratik şərait seçkilərin demokratik keçirilməsi üçün ən vacib amillərdən biri, bəlkə də birincisidir. Ona görə, İctimai Palatanın bu istiqamətə diqqəti yönəltməsinə normal yanaşıram.
Ancaq bu məsələlərlə əlaqədar digər fəaliyyətin dayandırılmasını düzgün hesab etmirəm. Məsələn, 2011-ci ildə kütləvi aksiyaların dayandırılmasının əsas motivlərindən biri kimi o fikir səslənirdi ki, təşkilatlanma prosesi getməlidir və yalnız bundan sonra real mübarizəyə başlanılmalıdır. Bu cür yanaşmanı yanlış hesab edirəm. Çünki bu proses paralel getməlidir. Siyasi fəallıq fonunda təşkilatlanma işinin qurulması daha asandır. Siyasi fəallıq təşkilatlanmaya stimul verən amillərdən biridir. Yüz minlərlə üzvü olan Azərbaycan Xalq Cəbhəsi 1989-1990-cı illərdə məhz siyasi fəallıq fonunda çox sürətlə yaranaraq ümummilli təşkilata çevrilmişdi. Hesab edirəm ki, biz İctimai Palatanı ümummilli təşkilata çevirmək istəyiriksə, Azərbaycanda əsaslı siyasi dəyişikliklərə təkan verən, buna səbəb olan quruma çevirmək niyyətindəyiksə, bütün fəaliyyətimizi siyasi fəallıq fonunda aparmalıyıq.
- İctimai Palatanın prezident seçkisində vahid namizədlə iştirak etməsi ilə bağlı məsələyə münasibətinizi bilmək istərdik.
- Əgər şəxsi və firqə maraqları ictimai maraqları üstələyəcəksə, İctimai Palata dağılacaq. Amma İctimai Palatanın özündə də, cəmiyyətdə də ümumi maraqların, ictimai maraqların üstün tutulmasına siyasi sifariş hazırda güclüdür. Ona görə də İctimai Palatanın gələcəyinə nikbin yanaşıram və düşünürəm ki, bu qurum bundan sonra da Azərbaycanda hansısa siyasi islahatların aparılmasına şərait yaratmaq üçün mübarizəsini davam etdirə biləcək.
- Sizin məsələyə optimist yanaşmağınız anlaşılandır. Amma İctimai Palata daxilindəki gərginlik artıq sosial şəbəkələrə də yol açıb.
- Əgər təşkilatdaxili demokratiya şəraiti mövcuddursa, müxtəlif fikirlilik, rəqabət şəraiti olmalıdır və buna təbii yanaşmaq lazımdır. Şər, böhtan, təhqir hallarına yol verilməsə, belə rəqabət şəraiti hətta xeyirlidir. Əbülfəz Elçibəyin AXCP-Müsavat münasibətlərinə bir yanaşması var idi. O, bu iki təşkilatı müttəfiq rəqiblər adlandırırdı. Təbii ki, rəqib olmağa ehtiyac olmadığını bildirənlər də olub. Ancaq reallıq bundan ibarətdir ki, həm Müsavat Partiyası, həm AXCP siyasi proseslərə daha aktiv müdaxilə etmək imkanları uğrunda mübarizə aparır və bu təbii ki, müəyyən daxili rəqabət şəraiti də yaradır. Ancaq ümummilli məsələlərdə, prinsipial siyasi məqamlarda, xüsusilə demokratik islahatların həyata keçirilməsinin zəruriliyi ilə bağlı məsələlərdə bu iki təşkilatın mövqeyi eynidir. Məncə biz əgər hansısa nəticələrə nail olmaq istəyiriksə və bunu birlikdə həyata keçirmək niyyətindəyiksə, bizi ayıran cəhətlərdən yox, bizi birləşdirən cəhətlərdən danışmalıyıq.
- Amma son üç il ərzində partiyaların birləşməsi barədə qurum rəhbərləri səviyyəsindəki bəyanatlar reallaşmadı. Bu prosesin qarşısını alan məqamlar sizcə, hansılardır?
- Müxtəlif fikirlər mövcuddur. Lakin hesab edirəm ki, İctimai Palata elə AXCP-Müsavat birliyinin və ya birgə fəaliyyətinin modellərindən biridir.
- İctimai Palatanın sonrakı mərhələdə bu iki partiyanın birləşməsinə səbəb olacağına nə qədər inanırsınız?
- Bu istiqamətdə fəaliyyət gedir. Hazırda İctimai Palatanın yerli strukturları yaradılır, möhkəmləndirilir. Yəni birgə fəaliyyət davam etdirilir və hesab edirəm ki, gələcəkdə İctimai Palata daxilindəki əməkdaşlıqdan başqa Müsavat Partiyası ilə AXCP, AMİP və digər partiyalar arasında siyasi əməkdaşlıq və ya daha yaxşı olardı ki, siyasi müttəfiqliklə bağlı da konkret müddəaları əks etdirən müqavilələr imzalansın. Bu cür yanaşma, yəni münasibətlərin sazişlər əsasında qurulması, münasibətlərin razılaşmalar əsasında formalaşması müasir siyasi davranış üçün normal qəbul olunan qaydalardır. Biz də bir-birimizlə bu cür davranmağı öyrənməliyik.
- Müsavat Partiyasının prezident seçkisində öz namizədi olacaqmı?
- Müsavat Partiyasının prezident seçkisində hökmən namizədi olacaq. Ancaq Müsavat Partiyasının namizədi partiyanın üzvü olacaq, yoxsa kənar şəxs olacaq, bu məsələ yəqin ki, seçki prosesində müəyyənləşəcək. Yəni Müsavat Partiyası elə təşkilat deyil ki, öz namizədi olmadan seçkilərdə iştirak etsin.
- Vahid namizəd məsələsinə partiyanızın baxışı necədir?
- Partiyamızın bu barədə konkret qərarı yoxdur. Amma mən Arif Hacılı olaraq hesab edirəm ki, demokratik düşərgə seçkilərdə vahid namizədlə iştirak etsə, bu, seçkilərdə uğur qazanmağa yardımçı olan əsas amillərdən biri olar.
- Müttəfiqiniz olan AXCP də seçkilərdə öz namizədi ilə iştirak etməkdə israrlı görünür. Bu, seçkidə səslərin parçalanmasına yol açmazmı?
- Məncə, burada heç bir qeyri-adi məsələ yoxdur. Yəni AXCP üzvlərinin namizədinin Əli Kərimli olması tam təbiidir. Əksinə, belə olmasaydı, qeyri-adi və qeyri-təbii olardı. Yaxud da, mənim və partiyamızın üzvlərinin namizədinin Müsavat Partiyasının başqanı İsa Qəmbər olması tam təbiidir. Məsələn, mənə irad tuturlar ki, nəyə görə Arif Hacılı həbsxanadan çıxandan sonra prezidentliyə namizədinin İsa Qəmbər olduğunu bəyan etdi. Mənə verilən suala uyğun olaraq bu fikri səsləndirmişəm. Prezidentliyə namizədimin İsa Qəmbər olduğunu bildirməməyim, bu suala cavabdan yayınmağım suallar yarada bilər. Ancaq prezidentliyə namizədimin İsa Qəmbər olması o qədər təbiidir ki, buna təəccüblənən insanlar ya sadəlövhdürlər, ya da qərəzlidirlər. Ancaq AXCP üzvlərinin prezidentliyə namizədinin Əli Kərimli olması, Müsavat Partiyası üzvlərinin İsa Qəmbər olması heç də o demək deyil ki, biz seçkilərdə vahid namizədlə iştirak edə bilmərik.
- Belə olan vəziyyətdə İctimai Palatada vahid namizəd məsələsinin müzakirə mövzusu olması nə dərəcədə real görünür?
- Müəyyən müzakirələr, söhbətlər gedir və bu məsələyə yanaşarkən ilk növbədə cəmiyyətin maraqları barədə düşünürəm. Hesab edirəm ki, İsa Qəmbər də bu məsələlərdə Azərbaycan cəmiyyətinin maraqlarını əsas götürərək düşünən siyasətçilərdən biridir və əgər seçki kampaniyası dövründə başqa bir namizədlə seçkilərdə iştirak etmək Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin maraqlarına cavab verəcəksə, bu məsələ müzakirə oluna bilər. Məncə, AXCP-də də bu cür düşünən insanlar çoxdur və cəmiyyətin maraqları tələb etdiyi halda onlar da Əli Kərimlinin deyil, başqa bir namizədin prezident seçkisində müdafiə olunması barədə qərar qəbul edə bilərlər.
- Siz Müsavat Partiyasının qurultayında başqan vəzifəsinə namizədliyinizi irəli sürəcəksinizmi?
- Mənim bu məsələ ilə bağlı mövqeyim stabildir. Əgər qurultay ərəfəsi və qurultay zamanı görsəm ki, Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin və partiyanın mənafeləri mənim başqanlığa namizəd olmağımı tələb edir, başqanlığa namizədliyimi irəli sürəcəyəm.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Konqoda daha bir ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib - YENİLƏNİB
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var
Finlandiya Rusiyadan dəmir yolu keçid məntəqələrinin bağlanması ilə bağlı bildiriş alıb
Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib
UFC 329: Maks Hollouey Konor Makqreqoru texniki nokautla məğlub edib
CENTCOM: İrana qarşı bu həftənin üçüncü hava zərbələri başa çatıb, 140 hərbi obyektə zərbə endirilib
DÇ-2026: Argentina yarımfinala yüksəlib
NYT: "Helsing" şirkəti Almaniyanın cənubundakı məxfi zavodda PUA istehsal edir
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTO - YENİLƏNİB
Fitso: NATO sammitində Rusiya ilə dialoqa maraq nümayiş etdirilib
KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir
Polşa XİN: Paris və Varşava “nüvə çətiri” layihəsi üzrə məsləhətləşmələrə başlayıb
DÇ-2026: İngiltərə yarımfina yüksəlib
SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb
KİV: Avropa Hörmüz boğazından keçid üçün könüllü rüsum ödəməyə razılıq verə bilər
Kuba Prezidenti: Təhlükə Havana deyil, Vaşinqtondur
ABŞ hərbçiləri Beyrutda Livan ordusunun “pilot zonalar”da yerləşdirilməsi planını müzakirə edir
Oman Hörmüz boğazında gəmilərin iki marşrut üzrə hərəkətini təklif edib
Bakıda qonşular arasında mübahisə qətllə nəticələnib
Tovuzda yaşayış evində baş verən yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Biləcəridə marketdə bıçaqlanma hadisəsi baş verib
Zaqatalada yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Tovuz döyüşlərindən 6 il ötür
CBS: ABŞ nümayəndələri Omanda İran üzrə məsləhətləşmələrdə iştirak etmir
Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək
Tramp növbəti tibbi müayinədən “əla” nəticə ilə keçdiyini bildirib
Mingəçevirdə 24 yaşlı gənc suda boğularaq ölüb
Linda Noskova “Uimbldon” turnirinin qalibi olub
Çin aviaşirkətləri qasırğa səbəbindən 2,8 mindən çox reysi ləğv etməyi planlaşdırır
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşünə dair paylaşım edilib - VİDEO
Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib, polis hadisəni törədən şəxsi saxlayıb
Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO - YENİLƏNİB
Rusiya Sumıya zərbələr endirib, biri uşaq olmaqla 5 nəfər ölüb, 30 yaralı var- YENİLƏNİB
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTO
Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb