Zəminə Dünyamalıyeva: “Rəsul Quliyevin yeni təşkilatına AXCP və AMİP üzvlərindən də qoşulanlar var”
18 dekabr 2006 12:05 (UTC +04:00)
“Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətə ADP-nin üzvlərindən başqa AXCP-nin və AMİP-in də üzvlərindən qoşulanlar var. Bu barədə APA-ya beynəlxalq cəmiyyətin Azərbaycan bölməsinin rəhbəri Zəminə Dünyamalıyeva məlumat verib. Onun sözlərinə görə, artıq sözügedən cəmiyyətin Azərbaycan bölməsi təsis olunub və təsisçilərin sırasında 19 nəfər var. Z. Dünyamalıyeva AXCP və AMİP-i təmsil edən şəxslərin də təsisçilər sırasında olduğunu qeyd edib. Z. Dünyamalıyevanın sözlərinə görə, hazırda yerli təşkilat fəaliyyət göstərir və qurumun beynəlxalq cəmiyyət kimi təsis konfransına hazırlaşır. Təşkilat sədri deyib ki, yalnız təsis konfransından sonra beynəlxalq cəmiyyətə üzv olmuş digər partiyaların nümayəndələrinin adları açıqlanacaq. /APA/
Daxili siyasət
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
13:37
27 aprel 2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024