Bank Of Baku

BŞBPİ rəisi Məhərrəm Əliyev: “Heydər Əliyevə qarşı təşkil olunan sui-qəsdin üstünü DİN-in yox, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları açıb”

BŞBPİ rəisi Məhərrəm Əliyev: “Heydər Əliyevə qarşı təşkil olunan sui-qəsdin üstünü DİN-in yox, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları açıb”
# 18 dekabr 2006 12:33 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, general-leytenant Məhərrəm Əliyev deyib. M. Əliyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun bir neçə gün əvvəl məhkəmədə son söz söyləyərkən, 1995-ci ildə prezident Heydər Əliyevə sui-qəsd təşkil etmək istəyənlərin BŞBPİ tərəfindən saxlanılıb, sonra da bu şəxslərdən pul alınaraq sərbəst buraxılmaları haqda dediklərinin böhtan olduğunu bildirib: “Bu cinayət faktı mənim yaxşı yadımdadır. 1995-ci ildə belə bir cinayət Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb və cinayətkarların hamısı əməkdaşlarımız tərəfindən yaxalanıb. Həmin cinayətdə istifadə olunacaq silah da bizim tərəfimizdən aşkarlanıb. O zaman prezident Heydər Əliyev bu cinayətin açılmasına görə bizə təşəkkür də etmişdi”. M. Əliyev deyib ki, o vaxt həmin cinayətdə iştirak edən Hüseynbala adlı bir nəfər hadisədən bir neçə ay qabaq BŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin həmin şəxsin saxlandığı məsələ ilə bağlı cinayəti sübuta yetirilməyib və o, sərbəst buraxılıb: “Dövlət başçısına sui-qəsdlə bağlı cinayətin üstü açılanda isə həmin şəxsi yenə bizim idarənin əməkdaşları yaxalayıb, məsuliyyətə cəlb ediblər. Bildiyimə görə, həmin şəxs indi də həbsxanadadır. O vaxt prezidentin təyyarəsinin vurulması üçün nəzərdə tutulan “Strela-3” raketinin aşkar olunduğu yerin şəkilləri qalır, orada iştirak edən şəxslər də həyatdadırlar”. M. Əliyev deyib ki, sui-qəsdin üstünün açılmasında BŞBPİ Cinayət Axtarış İdarəsinin rəisi Məmməd Mikayılov, Binəqədi Polis İdarəsinin rəisi Cavadağa Sultanov (silah Binəqədi rayonu ərazisində tapılıb), Baş Prokurorun müavini Ramiz Rzayev və digər şəxslər iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR