Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 18 dekabr 2006 13:06 (UTC +04:00)
Bu gün BAXCP İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda qərarların icra vəziyyəti, ölkədə və regionda baş verən proseslər müzakirə olunub. BAXCP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Milli Məclisdə qaldırılan məsələlərə münasibət bildirilib, ölkənin enerji təchizatında meydana çıxan problemlər, Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında yaranmış vəziyyət, Türkiyədəki siyasi proseslər və s. məsələlərə toxunulub.
BAXCP İdarə Heyəti hesab edir ki, Milli Məclisdə müzakirəyə çıxarılan enerji, qaz və su borclarına görə Cinayət Məcəlləsində nəzərdə tutulan əlavə və dəyişikliklər mövcud hüquq sisteminə ziddir, bu məsələlər mülki-hüquq münasibətləri çərçivəsində tənzimlənməlidir. Enerji, qaz və su borclarını ödəməyənlərin həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunması haqqında əlavə və dəyişikliklər xalqın, eləcə də hökumətin maraqlarına uyğun deyil.
BAXCP İdarə Heyətində MSK-nın formalaşdırılması məsələsinə də münasibət bildirilib. Qeyd olunub ki, MSK-nın hazırkı formada təşkili Seçki Məcəlləsinə ziddir. BAXCP İH hesab edir ki, MSK-nın 6 üzvünün müəyyənləşməsi prosesində Milli Məclisdə azlıqda qalan partiyalar birgə iştirak etməli və bunu razılaşdırmalı idilər.
BAXCP İH qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən bu sahə heç bir xarici şirkətə, o cümlədən Rusiyanın RAO EES şirkətinə verilməməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR