Bank Of Baku

BRİ regionlarda gənclər üçün konfranslar keçirəcək

BRİ regionlarda gənclər üçün konfranslar keçirəcək
# 16 yanvar 2007 14:58 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi regionlarda gənclər üçün konfranslar keçirəcək. Bu il keçiriləcək ilk konfrans yanvarın 22-25-də Lənkəranda təşkil olunacaq. Ofisin proqram üzrə məsul nümayəndəsi Təbib Hüseynovun APA-ya verdiyi məlumata görə, konfransda Lənkəran, Masallı, Saatlı, Sabirabad və İmişli rayonlarının hər birindən 10 nəfər iştirak edəcək. “Liderlik, təşkilati quruculuq və lobbiçilik” adlı konfransda yuxarıda adı çəkilən rayonların fəal gənclərinə mövzu üzrə təlimlər keçiləcək, bələdiyyələrin işi haqqında məlumat veriləcək. Gələn ay Gəncə və Qubada da konfrans keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR