Bank Of Baku

Parlamentin yaz sessiyasında 25-dən artıq qanun layihəsi müzakirəyə çıxarılacaq

Parlamentin yaz sessiyasında 25-dən artıq qanun layihəsi müzakirəyə çıxarılacaq
# 26 yanvar 2007 11:27 (UTC +04:00)
Milli Məclisin yaz sessiyasında 25-dən artıq qanun layihəsi deputatların müzakirəsinə təqdim ediləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B. Muradovanın sözlərinə görə, sessiya zamanı payız sessiyasında birinci oxunuşdan keçmiş qanun layihələrinin qəbulu, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi və konvensiyaların təsdiqlənməsi nəzərdə tutulur. Yaxın günlərdə parlamentin yaz sessiyasının gündəliyi təsdiq olunacaq. Bəzi millət vəkillərinin qiymət artımı ilə bağlı məsələnin gündəliyə salınması barədə təkliflərinə gəlincə, B. Muradova bunu mümkün sayır: “Burada qeyri-adi heç nə görmürəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR