Bank Of Baku

Qazaxıstan Azərbaycana vaqon dəstəyi göstərəcək

Qazaxıstan Azərbaycana vaqon dəstəyi göstərəcək
# 04 mart 2025 11:13 (UTC +04:00)

Qazaxıstan Dəmir Yolları şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon dəstəyi göstərəcək.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağı zamanı Assosianın baş katibi Qaydar Abdikerimov deyib.

"Bugünkü iclasda icra hakimiyyəti orqanının təşkilati məsələləri, TBNM (Orta Dəhliz - red.) marşrutu üzrə vaqonlar fondunun formalaşdırılması , o cümlədən “Qazaxıstan Temir Yolu” Milli Şirkətinin Azərbaycan və Gürcüstan Dəmir Yollarına vaqon dəstəyinin göstərilməsi məsələlərinə baxılacaq”, - Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, TBNM Çərçivəsində 3 332 min. ton yük daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR