Bank Of Baku

Səfir: Azərbaycan və Almaniya hazırda hər iki tərəf üçün ən maraqlı məsələləri müəyyənləşdirir

Səfir: Azərbaycan və Almaniya hazırda hər iki tərəf üçün ən maraqlı məsələləri müəyyənləşdirir
# 06 oktyabr 2026 13:07 (UTC +04:00)

Azərbaycan və Almaniya hökumətləri hazırda hər iki tərəf üçün ən maraqlı mövzuları və məsələləri müəyyənləşdirir və növbəti mərhələdə bir araya gələrək bu istiqamətləri uzlaşdıracaqlar.

“APA-Economics” xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dirk Lölke “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.

“Bu, bizim üçün çox mühüm siyasi çərçivədir. Hesab edirəm ki, ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldırmışıq. İqtisadi əlaqələrin inkişafı üçün siyasi çərçivənin olması zəruridir. Bunu belə ifadə edə bilərik: biznesə siyasi təminat və rahatlıq verməliyik.

Nərgiz Wieck Azərbaycanın yerləşdiyi regionun bağlantılılıq baxımından nə qədər mühüm olduğunu izah etdi. Eyni zamanda, burada müəyyən risklər də mövcuddur. Azərbaycanın iki böyük qonşusu müxtəlif səbəblərdən müharibə vəziyyətindədir. Şükürlər olsun ki, Ermənistanla sülh prosesi gedir. Biz hər iki hökumətin bu proses üzərində davamlı işləməsini yüksək qiymətləndiririk. Çünki bu, regionun sabitliyi üçün çox vacibdir”, - deyə o qeyd edib.

“Buna görə də qarşıdakı illərdə iqtisadi əlaqələrin, eləcə də təhsil kimi digər sahələrdə əməkdaşlığın da dinamik inkişaf edəcəyini düşünürük. Lakin biz bu gün burada bağlantılılıq və iqtisadiyyat haqqında danışmaq üçün toplaşmışıq. Almaniya səfirliyi olaraq Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə çox sıx əməkdaşlıq edirik”, - səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR