Bank Of Baku

DAk sədri Sabir Rüstəmxanlı Avropada fəaliyyət göstərən İran müxalifət təşkilatlarının dəvəti ilə Fransaya səfər edib

DAk sədri Sabir Rüstəmxanlı Avropada fəaliyyət göstərən İran müxalifət təşkilatlarının dəvəti ilə Fransaya səfər edib
# 16 avqust 2011 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Avropada fəaliyyət göstərən İran müxalifət təşkilatlarının dəvəti ilə Fransaya səfər edib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlı avqustun 13-də Parisdə 2 min nəfərdən artıq müsəlman üçün verilən iftar mərasimində çıxış edib. Yerli nümayəndələrdən əlavə Əfqanıstan, İran, İraq, Suriya, Livan, İordaniya, Fələstin, Küveyt, Misir, Tunis, Liviya, Mərakeş və başqa İslam ölkələri parlament deputatları, səfir və diplomatlarının, eləcə də bir sıra tanınmış mətbuat orqanı təmsilçilərinin qatıldığı bu mərasimdə millət vəkili Sabir Rüstəmxanlı iştirakçıları DAK və Azərbaycan müsəlmanları adından Ramazan ayı münasibətilə təbrik edib, bu müqəddəs günlərin onlara xeyir-bərəkət və bütün insanlara əmin-amanlıq gətirməsini arzuladığını bildirib.

Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistana münasibətdə və Dağlıq Qarabağ probleminin ədalətli həllində beynəlxalq hüququn işə düşməməsini, bir milyondan artıq qaçqın-köçkünün dərdini qeyd edən S. Rüstəmxanlı bu işğalın aradan qaldırılmasında müsəlman ölkələrinin və təşkilatlarının fəallıq göstərməsinin vacibliyini söyləyib: “Təəssüf ki, bir sıra İslam ölkələri problemin mahiyyətini bilmir və ya özlərini seyrçi kimi aparırlar. Ermənistana İran İslam Respublikasının yardım göstərməsi, İran rəsmilərinin Azərbaycana münasibətdə məsuliyyətsiz və heç bir ölçüyə sığmayan, dövlətçiliyi təhdid edən açıqlamaları İslam vəhdətinə zərbə və ümumilikdə İslam dünyasına xəyanətdir”.

Parisdə yaşayan, iftar məclisində iştirak edən Asiya, Avropa və Afrika əsilli müsəlmanlar Sabir Rüstəmxanlının çıxışını maraqla qarşılayıb və dəstək fikirlərini bildiriblər. Daha sonra Sabir Rüstəmxanlının Əfqanıstan, İraq, İordaniya, Mərakeş və digər ölkələrdən gələn deputat və diplomatlarla geniş tərkibli görüşü keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR