Bank Of Baku

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Ştutqartda etiraz aksiyası keçirəcək

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Ştutqartda etiraz aksiyası keçirəcək
# 17 avqust 2011 12:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Ştutqartda etiraz aksiyası keçirəcək.

APA-nın məlumatına görə, aksiyanın məqsədi sentyabrın 16-dan 22-dək keçiriləcək Ermənistan Mədəniyyəti Günləri çərçivəsində nəzərdə tutulan “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramına etiraz etməkdir. Təşkilat Almaniyada fəaliyyət göstərən bütün diaspor cəmiyyətlərinə məktubla müraciət edərək onları ermənilərin sentyabrın 19-da Ştutqart şəhərinin Bad Kanştatt rayonunda keçirmək istədikləri konsert haqqında məlumatlandırıb və bu qeyri-qanuni tədbirlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR