Bank Of Baku

Amerikalı senator Riçard Durbin Azərbaycan diasporunun müraciətini cavablandırıb

Amerikalı senator Riçard Durbin Azərbaycan diasporunun müraciətini cavablandırıb
# 22 avqust 2011 10:02 (UTC +04:00)
Bu barədə APA-nın Vaşinqton müxbirinə senatorun ofisindən məlumat veriblər.

Kampaniya ən iri diaspor təşkilatı olan USAN (Amerika Azərbaycanlıları Şəbəkəsi) tərəfindən aparılıb.

“Ermənistana xarici yardımlarla bağlı narahatlığınızı anlayıram və bilirəm ki, bu narahatlıq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır. Sizin fikirlərinizi Konqresdə müzakirələr zamanı diqqət mərkəzində saxlayacağam”, deyə senator Durbin bildirib.

“Xarici yardım beynəlxalq təhlükəsizliyin təminatı üçün bir alətdir və sərhəd tanımayan, dünya əhalisinin rifahına təsir edən problemlərin həllinə yönəldilib”.

“ABŞ-ın xarici yardımları müxtəlif proqramları əhatə edir. Buraya Yaxın Şərqdə diplomatik səylə, yoxsulluqla mübarizə, beynəlxalq təhlükəsizlik problemlərinin aradan qaldırılması və s. daxildir. Konqresdə olduğum müddətdə mən həmişə beynəlxalq məsələlər büdcəsinin artırılmasını dəstəkləmişəm”, deyə senator qeyd edib.

Xatırladaq ki, Azərbaycan diasporu Konqresə məktublarında Ermənistana maliyyə yardımının azaldılmasını, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına edilən yardımların yurd-yuvasından didərgin düşmüş azərbaycanlılara da şamil edilməsini tələb edib və bildirib ki, Ermənistana yardım məsələsi xüsusi etno-centrik maraq qruplarının gündəliyinə deyil, ABŞ-ın milli xarici siyasət prioritetlərinə əsasən müəyyən olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR