ABŞ-da baş verən zəlzələdə azərbaycanlılar zərər çəkməyib
Azərbaycan diasporundan APA-nın Vaşinqton müxbirinə bildiriblər ki, azərbaycanlılardan heç birinin evinə ziyan dəyməyib.
“Zəlzələ baş verəndə mən 19-cu mərtəbədə ofisdə idim. Biz zəlzələni əməlli-başlı hiss etdik, amma heç kim təlaşlanmadı və biz təhlükəsizlik xidmətinin əməkdaşlarının müşayiəti ilə binanı tərk etdik”. Bu sözlər Nyu-Yorkda yaşayan həmyerlimiz Anar Kazımova məxsusdur.
“Hamı telefon vasitəsilə qohumları ilə əlaqə saxlamaq istəyirdi, amma ya telefon stansiyaları zərər çəkdiyinə, ya da yükləndiyinə görə biz öz dostlarımız və qohumlarımızla əlaqə saxlaya bilmirdik”. Bu açıqlamanı APA-ya Merilenddə yaşayan Rüfət Həmidov verib. Onun sözlərinə görə, bu zəlzələ ona on il əvvəl Bakıda baş vermiş zəlzələni xatırladıb: “Məncə, bu da həmin zəlzələ gücündə idi, amma biz onu daha çox hiss etdik, yəqin binaların tikilişi fərqli olduğu üçün belə olub”.
Azərbaycan diasporunun digər bir üzvü, Vaşinqtonda yaşayan Qərib Fərhadov deyir ki, zəlzələ baş verəndə gözlərinə inanmayıb: “Mən burada 30 ildən çoxdur ki yaşayıram.
Valideynlərim illər öncə bura köçüblər və biz heç vaxt zəlzələ barədə eşitməmişik”.
Qeyd edək ki, avqustun 23-də ABŞ-ın Virciniya ştatında 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların güclü olması səbəbilə mühüm dövlət strukturlarının yerləşdiyi binalarda, o cümlədən Konqres və Pentaqonda evakuasiya aparılıb. Nyu-Yorkdakı Con Kennedi aeroportu zəlzələyə görə işini dayandırıb, dispetçer qüllələrindəki əməkdaşlar evakuasiya olunublar. Aeroport fəaliyyətini bir neçə saat sonra bərpa edib.
Xəbər Lenti
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - FOTO
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır