Bank Of Baku

Almaniyadakı azərbaycanlıların ermənilərin planlaşdırdığı “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsertə qarşı etiraz dalğası güclənir

Almaniyadakı azərbaycanlıların ermənilərin planlaşdırdığı “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsertə qarşı etiraz dalğası güclənir
# 25 avqust 2011 15:00 (UTC +04:00)
Bakı - APA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi 2011-ci il sentyabrın 16-dan 22-nə bu ölkədə keçiriləcək Ermənistan Mədəniyyət Günləri çərçivəsində nəzərdə tutulan “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramına qarşı yazılı etiraz aksiyası təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, yazılı etiraz aksiyasına Almaniyada fəaliyyət göstərən bir sıra cəmiyyətlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Cəmiyyəti, Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Dostluq Cəmiyyəti, Drezden şəhərində fəaliyyət göstərən ALM.AZ cəmiyyəti, Berlin-Bakı Qalereyası, Almaniyadakı Türk-Azərbaycan Birliyi, Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti qoşulublar.

Baden-Vürtemberq əyalətinin hökumət rəhbərliyinə və Ştutqart şəhərinin baş bələdiyyə rəisinə açıq etiraz məktubları göndərilib. Məktubu həmyerlilərimizlə yanaşı, yəhudi və alman icmalarının nümayəndələri də imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR