Əli Həsənov: “Cənubi Qafqaz xalqları bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar”
Ə. Həsənov çıxışında hər bir ölkənin ilk növbədə öz xalqının maddi-mənəvi maraqlarının təminatı, iqtisadi-siyasi sosial təhlükəsizliyi məsələləri düşündüyünü deyib: “Hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resursların istifadəsi taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallığını nəzərə almadan heç zaman fərdi qaydada, təcrid olunmuş şəkildə inkişaf edə bilməz.”
Ə. Həsənov Cənubi Qafqazda yaşayan xalqların bir yerdə, eyni coğrafi məkanda yaşamağa məhkum olunduğunu bildirib: “Cənubi Qafqazın geosiyasi reallıqları elədir ki, burada məskunlaşmış xalqlar hansı əqidəyə, maraq və məqsədə, mənəviyyata xidmət etməsindən asılı olmayaraq, bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində həmişə belə olub, gələcəkdə də belə olacaq.”
Şöbə müdiri çıxışında Cənubi Qafqaz ölkələrinin yadelli işğalçılara qarşı birgə vuruşduğunu bildirib: “Rusiya imperiyası dağıldıqdan sonra Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması da bir-biri ilə əlaqəli şəkildə baş verib. Azərbaycan xalqı humanistlik və geniş ürəklilik edərək özünün qədim xanlığı olan İrəvan xanlığını ermənilərə verib. Cənubi Qafqazda belə nümunələr çoxdur. Azərbaycanlılar gürcülərə, gürcülər də azərbaycanlılara qarşı da çoxlu humanist addımlar atıblar. Təəssüflər olsun ki, müəyyən məqamlarda bir-birinə güzəştə getməmək halları da olub və inkişafa əngəl yaranıb”.
Ə. Həsənov inkişafa mane olan amillərdən birinin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib: “Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələri, oradakı etnik separatizmlər... Bunlar Cənub Qafqaz xalqları arasına nifaq salan, münaqişə törədən nümunələrdir”.
O, Azərbaycanın Cənubi Qafqazın iqtisadi-siyasi, sosial və ümumi geosiyasi ərazisində həmişə önəmli yerlərdən birini tutduğunu deyib: “Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir. Həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadi ehtiyatlarına, həm də bütövlükdə bölgədəki təbii , coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə... Bu gün Cənubi Qafqazda orta hesabla 50 milyard dollar məbləğində ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Adambaşına düşən gəlirə görə də Azərbaycan Cənubi Qafqazda ön yerdədir. Cənubi Qafqazın ümumi iqtisadi resurslarının 70 faizi təxminən Azərbaycandadır. Eyni zamanda Azərbaycan Cənubi Qafqazda bütün enerji, neft, təbii qaz və digər qaynaqlarla ən zəngin ölkədir. Azərbaycan ildə təqribən 40 milyon ton neft, 30 milyard kubmetr təbii qaz istehsalı tempini davam etdirsə, onun orta hesabla 30-50 ilə çatacaq neft, 100-120 ilə çatacaq təbii qaz ehtiyatı var. Təsəvvür edin ki, neft və qazdan gələn gəliri 30-35 milyard dollar dəyərində olduğundan bunu 100 ilə vuranda hansı məbləğdə sərmayə edir və bu sərmayə yalnız Azərbaycan deyil, bütün Cənubi Qafqaz əhalisinin İsveçrə əhalisinin səviyyəsində yaşamasına bəhs edəcək qədərdir”.
Ə. Həsənov Gürcüstanın dar məqamlarında Azərbaycanın ona əl atıb, kömək etdiyini vurğulayıb: “Azərbaycanın da dar günündə Gürcüstan ona əl atıb. Bizim dövlətlər dünyanın ən kiçik ölkələri olsa da, geostrateji, geosiyasi və geoiqtisadi mövqelərinə görə ən əhəmiyyətli dövlətlərindən hesab olunur”.
Xəbər Lenti
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - FOTO
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır