Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Batumidə keçirilən tədbirlər başa çatıb
Sonra tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterina Tkeşelaşvili çıxış edib: “Bu tədbir gözəl bir prosesin başlanğıcıdır. Səmimi şəkildə demək lazımdır ki, ölkəmizin dini-etnik cəhətdən fərqliliyi ölkələrimizin gücü deməkdir. Bu bizim köklü ağacın köklü budaqlarıdır. Bizim vətəndaşlar öz hüquqlarını realizə edirsə, bizim gücümüzdür. Ölkəmizin gücü bundadır. Fundamental təhsil almadan ölkə həyatında iştirak etmək mümkün deyil. Elə bir məktəb yaradılmalıdır ki, o milli-etnik mənsubiyyəti qorumalıdır. Məsələn, azərbaycanlılar öz ana dilini qorumalı, eyni zamanda gürcü dilini öyrənməyə çalışmalıdırlar. Lakin hələ bu yöndə çox iş görülməlidir”.
Dəyirmi masa ətrafında mövzu ətrafında çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Gürcüstan Milli Təhlükəsizlik Şurası katibinin müavini Tamar Kintsuraşvili, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Elbrus Məmmədov Gürcüstan azərbaycanlılarının problemləri barədə fikir və mülahizələrini söyləyiblər.
Çıxışlardan sonra tədbir dialoq şəkilində davam etdirilib. Dialoqda “Gürcüstan mənim vətənimdir” İctimai Birliyinin sədri Əli Babayev, “Qeyrət” Xalq Hərəkatının üzvü Zümrüd Qurbanov, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze və başqaları iştirak ediblər. Tədbirdə yekun sözü ilə Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
Tədbirdə Azərbaycanın və Gürcüstanın deputatları və rəsmi şəxslər iştirak ediblər.
Tədbirin sonunda “Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” dəyirmi masa iştirakçılarının bəyanatı və Azərbaycan və Gürcüstan prezidentlərinə müraciəti oxunub və qəbul edilib.
Əli Həsənov jurnalistlərə açıqlamasında avqustun 29-da keçirilən yekun toplantıda Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini müzakirə etdiklərini bildirib: “Onları narazı salan, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını çətinləşdirən məsələlərə toxunduq. Bu məsələlər sırasında Gürcüstan azərbaycanlılarının dil problemi, Gürcüstan azərbaycanlılarının milli vətəndaş hüquqları, din, xarici qüvvələrin Gürcüstan azərbaycanlılarının içərisinə daxil olub, Gürcüstan və Azərbaycan hökuməti əleyhinə onlardan istifadə etmək cəhdləri və bunun qarşısının alınması, yer adları, Azərbaycan dilli məktəblərin vəziyyəti və onun aradan qaldırılması yolları, Gürcüstanda vahid vətəndaş və milli hüquqlar sahəsində vahid standartların müəyyən olunması və sair ətrafında fikir mübadiləsi aparıldı. Bu məsələlər təkcə burada yaşayan azərbaycanlıları deyil, eyni zamanda Gürcüstan hökumətinin rəsmilərini də müəyyən məqamda narahat edir. Gürcüstanda demokratik dövlət qurulur, Gürcüstan dünya hüquq normalarına əməl edir, konvensiyalara qoşulur, dini etiqad azadlığı, milli vətəndaş hüquqlarının təmin olunması-bunlar hamısı vahid beynəlxalq standartlara uyğun həyata keçiriləcək ki, azərbaycanlılar da Gürcüstanın vətəndaşları kimi bu hüquqlardan, milli hüquqlardan və digər hüquqlardan istifadə edəcəklər. Ona görə də düşünürəm ki, bugünkü toplantı çox səmərəli oldu. Gördüyünüz kimi, burada Gürcüstanın çox mühüm dövlət xadimləri iştirak edirdi. Reinteqrasiya naziri, Milli Təhlükəsizlik Şurası katibinin müavini, milli azlıqlar üzrə komissiyasının sədri, qubernator və tədbirə qatılan digər rəsmilər bilavasitə bu məsələləri tənzimləyib, bu məsələlərin həyata keçirilməsini təmin edirlər. Ona görə burada azərbaycanlıların problemləri açıq-aşkar ortaya qoyuldu, müzakirə olundu və qəbul elədiyimiz bəyanatda da əksini tapdı. Gürcüstan tərəfi də bu məsələlərə münasibətini açıq bildirdi ki, keçmiş hakimiyyətlər dövründə hansısa qüvvələr tərəfindən süni şəkildə yaradılmış problemlərin aradan qaldırılmasını həyata keçirirlər və gələcəkdə də keçirəcək. Ona görə, düşünürəm ki, gələcəkdə Gürcüstan azərbaycanlılarının vahid təşkilatının yaradılması istiqamətində bugünkü toplantı mühüm addım idi. Bu toplantıdan sonra biz də öz növbəmizdə fəallaşdıracağıq”.
Bununla da, Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə avqustun 28-də Batumidə başlayan silsilə tədbirlər başa çatıb.
Xəbər Lenti
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - FOTO
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır