Bank Of Baku

Deytonda Türk-Amerika Həmrəyliyi Konfransı keçiriləcək

Deytonda Türk-Amerika Həmrəyliyi Konfransı keçiriləcək
# 08 sentyabr 2011 09:22 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. Türkiyə və Azərbaycanın ABŞ üçün əhəmiyyəti, həmçinin regionun imkanları sentyabrın 17-18-də Ohayo ştatının Deyton şəhərində keçiriləcək Türk-Amerika Həmrəyliyi Konfransının diqqət mərkəzində olacaq.

Konfransın iştirakçıları arasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ABŞ-ın bir sıra tanınmış siyasətçiləri də olacaq. Bu barədə APA-nın Vaşinqton müxbirinə konfransın təşkilatçıları məlumat veriblər.

Konfrans Amerika Axısxa Tükləri İcması Mərkəzi, Rayt Dövlət Universiteti (Wright State University) və Deyton Universiteti tərəfindən təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR