Bank Of Baku

Azərbaycan diasporu Aşot Qulyanın Dağlıq Qarabağ erməni icmasının nümayəndəsi qismində ABŞ-a səfərinə etiraz edib

Azərbaycan diasporu Aşot Qulyanın Dağlıq Qarabağ erməni icmasının nümayəndəsi qismində ABŞ-a səfərinə etiraz edib
# 09 sentyabr 2011 08:02 (UTC +04:00)
Sentyabrın 13-də ABŞ Konqresində erməni işçi qrupu Qulyanın şərəfinə qəbul təşkil edəcək.

“Aşot Qulyan Dağlıq Qarabağ bölgəsini işğal etmiş cinayətkar rejimi təmsil edir. Bu rejim 800 000 azərbaycanlını və kürdü etnik təmizləməyə məruz qoyub və 1992-ci ildə Xocalıda Srebrenitsa faciəsinə bənzər qırğın törədib”. Azərbaycan diasporunun Konqresə göndərdiyi məktubda belə deyilir.

“ABŞ hökumətinin rəsmi mövqeyi, beynəlxalq təşkilatların, QHT-lərin və alimlərin rəyi belədir ki, Qarabağ Qulyanın təmsil etdiyi cinayətkar rejim tərəfindən işğal olunub, burada etnik azərbaycanlılara, kürdlərə və digər xalqlara qarşı bəşəriyyət əleyhinə cinayətlər cinayətlər törədilib. Ailə dəyərlərini və mənəvi dəyərləri üstün tutan, etnik təmizləmə və hərbi cinayətlərə qarşı olan hər bir adam hərbi caninin bu təbliğat xarakterli səfərinə etirazını bildirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR