Bank Of Baku

Danimarkadakı soydaşlarımızın “Vətən” Cəmiyyəti ölkədə keçiriləcək seçkilərdə Sosial Demokrat Partiyasını dəstəklədiklərini bəyan ediblər

Danimarkadakı soydaşlarımızın “Vətən” Cəmiyyəti ölkədə keçiriləcək seçkilərdə Sosial Demokrat Partiyasını dəstəklədiklərini bəyan ediblər
# 09 sentyabr 2011 11:46 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə SDP-dən parlamentə namizədliyi irəli sürülmüş Christine Antorini, Hillerod şəhərinin burqomistri Kirsten Jensen və partiyanın digər fəalları iştirak ediblər.

“Vətən” Cəmiyyəsinin sədri Səfər Sadiqi SDP nümayəndələrinə Azərbaycanın bu günü, işğal olunmuş torpaqlar, ölkədə gedən iqtisadi inkişafdan və apardığı sülhpərvər siyasət barədə məlumat veriblər.

Christine Antorini öz seçki platformasına dair görüş iştirakçılarına məlumat verdikdən sonra Hillerod şəhərinin burqomistri Kirsten Jensen Azərbaycan diasporunun nümayəndələri ilə tanışlıqdan çox məmnun olduğunu qeyd edib, bu tip görüşləri mütəmadi surətdə keçirilməsinin vacibliyini vurğulayıb, azərbaycanlıların Danimarkanın siyasi və ictimai həyatında fəal rol oynamasının əhəmiyyətindən danışıb.

Görüşdə Səfər Sadiqi Danimarkada sentyabrın 15-də keçiriləcək seçkilərin “Vətən” Cəmiyyətinin üzvləri tərəfindən maraqla izlənəcəyini, onların Danimarkada hökumət dəyişikliyi baş verməsində maraqlı olduqlarını və buna görə də SDP-nin həmin seçkilərdə qalib gəlməsi üçün hər bir imkanda istifadə edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR