Bank Of Baku

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisaniyə vəkili ilə görüşməyə icazə verilmir

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisaniyə vəkili ilə görüşməyə icazə verilmir
# 19 sentyabr 2011 10:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaniyə müdafiəsini təşkil etməyə məhdudiyyət qoyulub.

APA-nın İrandakı mənbələrə istinadən verdiyi məlumata görə, hazırda həbsdə olan A. Lisaninin müdafiəsini təşkil etmək üçün vəkil tutulsa da, bu vəzifəni icra edəcək Məhəmmədrza Fəqihiyə azərbaycanlı hüquq müdafiəçisi ilə görüşə imkan yaradılmır.

Tutulduqdan sonra İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) Ərdəbil şəhər şöbəsinin əməkdaşları tərəfindən tutulan A. Lisani 3 gün öncə ailəsi ilə telefon əlaqəsi saxlayıb və tutulduğu gündən aclıq aksiyası keçirdiyindən səhhətində ciddi problemlərin olduğunu söyləyib. A. Lİsaninin harada saxlanılması və ona qarşı irəli sürülən ittiham barədə məlumat verilmir.

Qeyd edək ki, Abbas Lisani Ərdəbil şəhərində Urmya gölü ilə bağlı keçirilən etiraz yürüşləri ilə əlaqədar tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR