Bank Of Baku

Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycana dair kitablar təqdim olunub - FOTO

Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycana dair kitablar təqdim olunub - <font color=red>FOTO</font>
# 21 sentyabr 2011 15:17 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. İmanov “Erməni terroru”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, Küveytli yazıçı Adil Al-Fallhin yazdığı “Heydər Əliyev və milli-mənəvi dəyərlər” və “Azərbaycan xalçaları” kitablarını hər birindən 20 nüsxə olmaqla kitabxanaya təqdim edib.

Kitablar “Azərbaycan” Cəmiyyətinin rəsmi müraciətinə əsasən təqdim olunduğu üçün təqdimat mərasimində Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri Əhməd Əl-Zahiri də iştirak edib.
Kitablar Dubay Əmirliyinin kitabxanasına təqdim olunmadan əvvəl “Azərbaycan” Cəmiyyətinin sədri S. İmanov Dubay əmirliyinin dövlət rəsmilərinə Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, xüsusilə son 10 il ərzində qazanılan böyük uğurlar, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşilikləri barədə məlumat verib.
Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Əhməd Əl-Zahiri
S.İmanova Azərbaycana dair geniş məlumat verdiyinə və Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına bu cür maraqlı kitablar təqdim etməsinə görə təşəkkürünü bildirib, həmin kitabların Dubayın digər kitabxanalarına da paylanacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR