Bank Of Baku

Ottavada Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb

Ottavada Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb
# 23 sentyabr 2011 17:17 (UTC +04:00)
Bakı-APA. 2011-ci ilin 10 sentyabr tarixində Kanadanın Ottava şəhərində ilk dəfə olaraq “Qarabağ” (Karabakh) adlı Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb. Bu barədə APA-ya Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib. Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

Hər həftənin şənbə günü fəaliyyət göstərən Azərbaycan dili məktəbinin əsas məqsədi 4-14 yaş arası uşaqlara dilimizin öyrədilməsi ilə yanaşı, həmçinin, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında gənc nəslə ətraflı məlumatın verilməsindən ibarətdir.

“Qarabağ” adlı Azərbaycan dili məktəbinin elektron poçt ünvanı aşağıdakı kimidir:
[email protected].

Həmçinin, “facebook” sosial şəbəkəsində açılmış “Karabakh Azeri Saturday language school” adlı səhifədə Azərbaycan dili məktəbi haqqında ətraflı məlumat da öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR