Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Şimali Kiprdə təhsil alacaq azərbaycanlı tələbələrlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Şimali Kiprdə təhsil alacaq azərbaycanlı tələbələrlə görüşüb
# 24 sentyabr 2011 15:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva Şimali Kipr Türk Respublikasının ali təhsil ocaqlarından olan Uluslararası Kıbrıs Universitetinə qəbul olunmuş azərbaycanlı tələbələrlə görüşüb.

APA-nın məlumatına görə, tələbələri təbrik edən millət vəkili xaricdə təhsil alacaq tələbələrin üzərinə tələbəliklə yanaşı ölkəmizi, aid olduqları mədəniyyəti, milli-mənəvi dəyərləri, layiqincə təcəssüm etdirmək, Azərbaycan həqiqətlərini hər yerdə təbliğ etmək və vətənimizin maraq və mənafelərini müdafiə etmək kimi vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Azərbaycanlı tələbələri Azərbaycan həqiqətlərinin çatdırılmasında daha fəal olmağa çağıran Q.Paşayeva Qarabağ uğrunda mübarizənin yalnız Azərbaycanın deyil, bütün türk insanın milli məsələsi olduğunu vurğulayıb. O, bu məsələdə bütün türk gəncləri və tələbələrinin birgə hərəkət etməsinin, öz səylərini daha da artırmalarının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR